Sabahdan prezident seçkiləri ilə bağlı təşviqat başlayır

Sabahdan prezident seçkiləri ilə bağlı təşviqat başlayır
  18 Mart 2018    Oxunub:1917
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat martın 19-da başlayacaq.
AzVision.az xəbər verir ki, təşviqat səsvermənin başlamasına 24 saat qalmış - aprelin 10-da saat 08.00-da dayandırılacaq. Səsvermə günü və bir gün əvvəl təşviqat aparmaq qanunla qadağandır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini qeydə alıb.

Ümumilikdə prezident seçkilərində 8 namizəd mübarizə aparacaq.

AzVision.az


Teqlər: MSK   Seçki   Təşviqat  





Xəbər lenti