573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
  18 Mart 2018    Oxunub:1487
"2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb. Ötən il 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib".
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib. Xidmət rəisi vurğulayıb ki, Azərbaycanda vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir:

"Azərbaycan Respublikasının vətəndaşlıq sahəsində qanunvericiliyinə bu günlərdə daha bir dəyişiklik edilib. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 1 fevral tarixli qanuna “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir” məzmununda hissə əlavə edilib. Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyətindən irəli gələrək qanunvericiliyə edilmiş bu dəyişiklik çox mütərəqqi bir addımdır və bu kateqoriyadan olan şəxslərin sənədlərlə təmin olunması, Azərbaycanda rahat yaşaması üçün hüquqi bir mexanizm yaradır".

AzVision.az


Teqlər: Firudin-Nəbiyev   Vətəndaşlıq   Miqrasiya  





Xəbər lenti