Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun nümayəndələri cəbhədə - Fotolar

Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun nümayəndələri cəbhədə - Fotolar
  19 Mart 2018    Oxunub:2569
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2018-ci ilə dair birgə fəaliyyət planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən bölmələrin şəxsi heyəti ilə görüşlər keçirilib.

Yerli icra strukturları, ictimaiyyət nümayəndələri, rayon fəalları, veteranlar və valideynlərin iştirakı ilə keçirilən tədbirlər şəxsi heyətə bayram sovqatlarının çatdırılması və konsert proqramları ilə yekunlaşıb.

AzVision.az

Qalereya




Teqlər: MN   Hərbi-Prokurorluq   Cəbhə  





Xəbər lenti