“ASAN həyat şənliyi” Mingəçevirdə - FOTOLAR

“ASAN həyat şənliyi” Mingəçevirdə - FOTOLAR
  19 Mart 2018    Oxunub:5028
Bu gün Mingəçevir “ASAN həyat” Kompleksində Novruz şənliyi keçirilib.
“ASAN xidmət” və Park Cinemanın birgə təşkilatçılığı, ASAN Radio və Xəzər TV-nin informasiya dəstəyi ilə təşkil olunan şənlik yerli sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

“ASAN həyat şənliyi” şüarı ilə baş tutan konsert proqramında məşhur sənətçilər səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa ediblər.

Tanınmış müğənnilərdən Günay İbrahimli, Əhməd Mustafayev, Elnur Zeynalov, Çinarə Məlikzadə, Məlik Ramiz, Murad Arif, East or West qrupu, Mübarək rəqs qrupu, Retro qrupu (Mingəçevir), Rəqs qrupu (8 nəfərlik), Nəriman Mingəçevirli, Aşıq Anar (Mingəçevir) səhnədə çıxış ediblər.

Bundan başqa, DJ-lər, Novruz personajları - Kosa, Keçəl, Bahar qız bayrama rəng qatıblar.











AzVision.az

Qalereya




Teqlər: ASAN-Xidmət   ASAN-Həyat   Novruz   Bayram  





Xəbər lenti