Azərbaycanda qeyri-adi təbliğat kampaniyası – Sən də qoşul!

Azərbaycanda qeyri-adi təbliğat kampaniyası – Sən də qoşul!
  20 Mart 2018    Oxunub:14137
Prezident seçkisinin təbliğat kampaniyası çərçivəsində dövlət başçısı İlham Əliyevi dəstəkləmək üçün maraqlı və tamam fərqli, indiyə qədər heç yerdə görünməmiş bir layihə hazırlanıb.
YAP-ın təşəbbüsü ilə ərsəyə gələn və kreativliyi ilə diqqət çəkən layihənin digərlərindən fərqi budur ki, orada hər bir vətəndaş çox asanlıqla – sadəcə “selfi” çəkməklə iştirak edə bilər.

Bunun üçün aprel2018.biz saytına daxil olaraq, öz şəklinizi ora yükləməlisiniz. Yüklənəndən sonra sizin şəkliniz “İLHAM ƏLİYEV” sözlərini əmələ gətirən piksellərdən birinə çevrilərək, saytda yerini tutacaq. Ardınca bunu sosial şəbəkədə paylaşaraq, digər insanları da virtual aksiyaya dəvət etmək lazımdır.

Hər iki söz şəkillərlə dolub, tamamlanandan sonra yeni sözlərin əlavə olunması ilə virtual kampaniya davam edəcək.

Beləliklə, kampaniyada Prezident İlham Əliyevə dəstəyini göstərmək istəyən hər bir kəs bunu etmək imkanı qazanacaq.



Teqlər: İlham-Əliyev   Seçki-2018  





Xəbər lenti