General Şahin Məmmədov Belarusa gedib - FOTO

General Şahin Məmmədov Belarusa gedib - FOTO
  20 Mart 2018    Oxunub:7107
Daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
Daxili Qoşunların mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirə Azərbaycan ilə yanaşı, Rusiya, Çin və Qazaxıstanın müvafiq qurumlarının nümayəndə heyətləri də qatılıblar.

Belarus daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-mayor Yuri Karayev nümayəndə heyətləri ilə görüşdə ötən illər ərzində qurumlar arasındakı qarşılıqlı səfərlərdən, əlaqələrdən söz açaraq, bunun birgə əməkdaşlığın möhkəmlənməsi işinə təkan verəcəyini vurğulayıb.

General-leytenant Ş.Məmmədov qeyd edib ki, son illər beynəlxalq hərbi əməkdaşlıq üzrə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndə heyətlərinin qarşılıqlı səfərləri reallaşdırılıb. Qarşılıqlı səfərlərin, görüşlərin intensiv xarakter aldığını deyən Azərbaycan nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, bütün bunlar iki qurum arasında təcrübə mübadiləsinin, o cümlədən əməkdaşlığın perspektivlərini müəyyənləşdirir.



Görüşün sonunda nümayəndə heyətlərinin üzvləri “Belarus Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 100 illiyi” medalı ilə təltif olunublar.

Həmin gün qonaq qismində dəvət olunmuş ölkələrin nümayəndələri Respublika Sarayında təşkil olunmuş yubiley konsertində iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti səfər proqramına uyğun olaraq, martın 17-də Minsk şəhərinin ətrafında yerləşən “Stalin Cəbhəsi” muzey-kompleksi ilə tanış olublar. Burada qonaqlara Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 100 illik tarixinin müxtəlif dövrlərini əks etdirən döyüş səhnələri nümayiş olunub.

Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri başa çatıb.

AzVision.az


Teqlər: Şahin-Məmmədov   General  





Xəbər lenti