MDB-nin müşahidə missiyası Bakıya gəlir

MDB-nin müşahidə missiyası Bakıya gəlir
  20 Mart 2018    Oxunub:1481
Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının üzvləri bu gün Bakıya gələcəklər.
AzVision.az xəbər verir ki, MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın "Report"a verdiyi məlumata görə, missiyanın üzvləri günün ikinci yarısında paytaxta olacaqlar.

Qeyd edək ki, müşahidə missiyasına MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək.

AzVision.az




Teqlər: MDB  





Xəbər lenti