Avtobusun vurduğu qadın dünyasını dəyişib

Avtobusun vurduğu qadın dünyasını dəyişib
  20 Mart 2018    Oxunub:1715
Bakıda sərnişin avtobusu qadını vurub.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, martın 19-da saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: avtobus   piyada  





Xəbər lenti