Hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilib
  20 Mart 2018    Oxunub:1298
Martın 20-də Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunub.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin konsert proqramları və digər mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Açıq-qapı  





Xəbər lenti