Ermənilər işğal olunmuş ərazilərimizdə təlimlər keçirir

Ermənilər işğal olunmuş ərazilərimizdə təlimlər keçirir
  21 Mart 2018    Oxunub:1313
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimləri davam etdirir.
Hərbi təlimlər qoşunların təmas xəttinə yaxın, Ağdam rayonunun işğal altında olan Kəngərli kəndi və Uzundərə adlanan ərazisində müşahidə olunur.

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda cəbhəyanı ərazilərdə partlayış səsləri və iriçaplı silahlardan açılan atəş səsi eşidilməkdədir. (APA)

AzVision.az


Teqlər: Təlim   Qarabağ   İşğalçı  





Xəbər lenti