Rusiya KİV: Lavrov tezliklə istefa verəcək
AzVision.az xəbər verir ki, bu barədə “RTVI” nəşri Rusiya XİN-ə yaxın olan bir neçə mənbəyə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Lavrov yalnız Putinin xahişinə görə seçkilərə qədər bu postda qalmağa razılıq verib.
“Onun çoxdan getmək istədiyi heç kimə sirr deyil”, - deyə nazirliyin əməkdaşlarından biri bildirib.
Digər mənbələr qeyd edir ki, hazırda Smolensk meydanında hamı yeni hökumətin tərkibinin elan olunmasını gözləyir.
Eldar Tanrıverdiyev
AzVision.az