Dövlət Agentliyi sürücülərə müraciət edib

Dövlət Agentliyi sürücülərə müraciət edib
  22 Mart 2018    Oxunub:1776
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət avtomobil yolunun 82-110-cu km-lik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.
Bu barədə AzVision.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli qeyd edib ki, sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

AzVision.az




Teqlər: Sürücü  





Xəbər lenti