"Ermənistan atəşkəsi pozaraq əsl simasını nümayiş etdirir" - XİN

"Ermənistan atəşkəsi pozaraq əsl simasını nümayiş etdirir" - XİN
  22 Mart 2018    Oxunub:1419
"Bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərləri, sülh, barış, anlaşmadan danışarkən, Ermənistan əsl simasını nümayiş etdirərək atəşkəsi pozmaqda davam edir"
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan Novruz bayramı günlərində atəşkəsi pozaraq əsl simasını nümayiş etdirir.

H.Hacıyev bu gün ermənilər tərəfindən atəşkəs rejiminin 98, ötən gün isə 101 dəfə pozulduğunu diqqətə çatdırıb.

AzVision.az


Teqlər: XİN   Hikmət-Hacıyev   Atəşkəs  





Xəbər lenti