Azad Rəhimov vətəndaşları qəbul edəcək

Azad Rəhimov vətəndaşları qəbul edəcək
  23 Mart 2018    Oxunub:2812
Gənclər və idman naziri Azad Rəhimov martın 27-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 yanvar küçəsi 172, İH-nin yaxınlığı) başlayacaq.

Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

AzVision.az


Teqlər: Azad-Rəhimov   Nazir   İdman  





Xəbər lenti