İki ayda Naxçıvana 45833 turist gəlib

İki ayda Naxçıvana 45833 turist gəlib
  23 Mart 2018    Oxunub:897
Bu il ərzində Naxçıvan Muxtar Respublikasına gələn turistlərin sayı açıqlanıb.
AzVision.az Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında muxtar respublikaya 45 min 833 turist gəlib. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6% və ya 1 161 nəfər çoxdur.

Cari ilin 1 fevral tarixinə olan məlumata görə, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3629 nəfər artaraq 453 min 33 nəfər olub.

AzVision.az


Teqlər: Naxçıvan   Statistika   Turist  





Xəbər lenti