1000 seçki məntəqəsində kamera quraşdırılır

1000 seçki məntəqəsində kamera quraşdırılır
  23 Mart 2018    Oxunub:1307
Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov 11 aprel tarixində keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı son durumu açıqlayıb.
AzVision.az-ın məlumatına görə, MSK rəsmisi bildirib ki, min məntəqədə veb-kameraların quraşdırılması işi başa çatmaq üzrədir. Bu məntəqələrin yaxın günlərdə ictimaiyyətə təqdimatı olacaq.

"Seçki məntəqələrində quraşdırılan veb-kameralar şəffaflığa çox mühüm töhfə verir. Bununla yanaşı, hər seçkidə olduğu kimi, bu dəfə də səslərin operativ hesablanıb ictimaiyyətə çatdırılması mümkün olacaq. Səsvermə prosesinin obyektiv, şəffaf keçirilməsi səslərin operativ hesablanması işini də asanlaşdırır"-, deyə N.Məmmədov vurğulayıb.

AzVision.az


Teqlər: MSK   Natiq-Məmmədov   Seçki  





Xəbər lenti