Azərbaycandakı seçkiləri 47 ölkənin vətəndaşları izləyəcək

Azərbaycandakı seçkiləri 47 ölkənin vətəndaşları izləyəcək
  24 Mart 2018    Oxunub:1657
Aprelin 11-nə təyin edilmiş prezident seçkilərini müşahidə etmək istəyən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

AzVision.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Onun sözlərinə görə, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısa müddətli müşahidəçiləri və MDB-nin qısa müddətli müşahidəçiləri bu siyahıya daxil deyil. O,

MSK sədri qeyd edib ki, ümumilikdə, 47 ölkənin vətəndaşları seçkiləri müşahidə etmək üçün müraciət edib.

AzVision.az


Teqlər: MSK   Seçki   Müşahidəçi  





Xəbər lenti