MSK sədrindən xəbərdarlıq: “Səhvə yol verənlər bağışlanmayacaq”

MSK sədrindən xəbərdarlıq: “Səhvə yol verənlər bağışlanmayacaq”
  24 Mart 2018    Oxunub:3429
"Dairə və məntəqə seçki komissiyaları üçün ən yüksək şərait yaradılıb, komissiya üzvlərinin peşəkarlığını artırmaq üçün təlimlər keçirilməkdədir".
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

O, dairə və məntəqə seçki komissiyalarına xəbərdarlıq edib: "Yalnışlığa yol verən komissiya üzvləri bağışlanmayacaq".

M.Pənahov qeyd edib ki, KİV-lərlə bərabər sosial şəbəkələr diqqət mərkəzində olacaq və müraciətlər Mərkəzi Seçki Komissiyasında araşdırılacaq.

MSK sədri əlavə edib ki, prezident seçkiləri ilə əlaqədar dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib.

AzVision.az




Teqlər: MSK   Seçki  





Xəbər lenti