Prezident yunan həmkarını təbrik edib

Prezident yunan həmkarını təbrik edib
  24 Mart 2018    Oxunub:1229
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir: "Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Yunanıstan   Prezident   Təbrik  





Xəbər lenti