ABŞ səfiri: “Ailə üzvlərim Azərbaycanı sevir”

ABŞ səfiri: “Ailə üzvlərim Azərbaycanı sevir”
  26 Mart 2018    Oxunub:2942
"Azərbaycanda fəaliyyətim müddətində yadda qalan hallardan biri Azərbaycan və ABŞ arasında əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsidir".
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Qubada jurnalistlərə açıqlamasında bildirib.

Yaxın günlərdə fəaliyyətini başa vurmağa hazırlaşan səfir qeyd edib ki, diplomatik sahədə nə qədər iş görülsə də, həmişə əlaqələri genişləndirmək üçün imkanlar var.

"Ailə üzvlərim Azərbaycanı sevir. Mütləq ailəmlə birgə bura yenə gələcəyəm. 3 il ərzində ikitərəfli münasibətlərin inkişfında rolu olan bir şəxs kimi bu münasibətlərin inkişafı məni yaxından maraqlandırır",

Sekuta, həmçinin gələcək planlarının nə olacağı ilə bağlı suala cavab verib: "Görüləsi işlər çoxur. Baxıb, hər şeyi götür-qoy edəcəyəm. Hansı işlə məşğul olmaq mümkündürsə, onunla məşğul olacağam".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Səfir   Sekuta  





Xəbər lenti