"Ermənistan əngəllər törədir, dəfələrlə müraciət etmişik" - Nazir

"Ermənistan əngəllər törədir, dəfələrlə müraciət etmişik" - Nazir
  26 Mart 2018    Oxunub:2125
"İşğalçı qonşularımız tarixi məkanları dağıdır, özününküləşdirir, onların tarixini dəyişdirir. Təəssüflər olsun ki, biz bu gün ciddi hərəkətə keçə bilmirik.
AzVision.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi memarlıq abidələri, bizim mirasımız müflisləşərək qalır.

"Azərbaycan tərəfindən ərazi bütövlüyü bərpa edildikdən sonra bu işlərlə ciddi məşğul olacağıq. Buna baxmayaraq, bu məsələləri beynəlxalq ictimaiyyət qarşısında qaldırırıq. Faktaraşdırıcı missiyaların gəlməsini arzulayırıq. Bununla bağlı dəfələrlə müraciət etmişik. İşğalçı siyasət həyata keçirən Ermənistan tərəfindən bu missiyaların həyata keçirilməsi üçün əngəllər törədilir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Əbülfəs-Qarayev  





Xəbər lenti