Reyhan Camalova "Forbes"in siyahısına düşdü

Reyhan Camalova  "Forbes"in siyahısına düşdü
  27 Mart 2018    Oxunub:5105
"ASAN Xidmət"-in ideya müvəkkili Reyhan Camalovanın adı "Forbes"-in Sənaye, istehsalat və enerji sahəsində “30 yaşdan aşağı 30 gənc araşdırmaçı” siyahısına daxil edilib.

AzVision.az xəbər verir ki, Reyhan Camalova Azərbaycandan bu siyahıya düşən ilk şəxsdir.
Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqəti çəkib. ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Reyhanın nailiyyətini təqdir edib.

2002-ci ildə Qubada anadan olan Reyhan yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

"Rainergy" adlandırılan layihə “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb. Reyhan Camalova, həmçinin “ASAN xidmət”in ideya müvəkkilidir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Reyhan-Camalova   Forbes  





Xəbər lenti