Gəncəlilərin tək seçimi İlham Əliyevdir - Video

Gəncəlilərin tək seçimi İlham Əliyevdir - Video
  27 Mart 2018    Oxunub:1685
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsi namizədliyi YAP tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
AzVision.az xəbər verir ki, martın 27-də seçicilərlə növbəti görüş YAP Gənşə şəhər Təşkilatının Qərargahında keçirilib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini, millət vəkili Musa Quliyev, YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov və digər ziyalılar iştirak ediblər.



Təbliğat qrupunun üzvüləri seçicilər qarşısında çıxış edərək, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin siyasi fəaliyyətindən, o cümlədən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin ölkədə aparılan quruculuq-abadlıq işlərindən danışıblar. Natiqlər seçiciləri xalqımızı uğurlu sabahlara aparan layiqli namizədin siyasətinə səs verməyə səsləyiblər.



Bayram əhval-ruhiyyəli görüş vətənpərvərlik mövzusunda yazılan mahnıların müşayəti ilə yekunlaşıb.



AzVision.az


Teqlər: Gəncə   Seçki  





Xəbər lenti