Yeni Olimpiya Kompleksinin təməli qoyuldu

Yeni Olimpiya Kompleksinin təməli qoyuldu
  28 Mart 2018    Oxunub:1584
Beyləqanda yeni Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə nazir Azad Rəhimov, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.

Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi Azərbayca Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.

Nazir çıxışında bildirib ki, sayca 45-ci olan Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan Universal idman zalı, Güləş zalı, Boks zalı, Qrup məşqləri və Trenajor zalı, 180 tamaşaçı tribunası və 24x12 olçüdə üzgücülük hovuzu olan Üzgüçülük zalı inşa ediləcək:

“Bu gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir. Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir.”

Azərbayca Prezidenti İlham Əliyevin Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 23 mart 2018-ci il tarixli müvafiq Sərəncamı ilə vəsait ayrılıb.


Komleksin layihələndirilməsi Azərbaycanın “Art Proje” şirkəti tərəfindən hazırlanır. Kompleksin tikintisini Azərbaycan şirkəti olan “TAVV Construction” MMC-i icra edəcək. Kompleksin tikintisi məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şəhər stadionunun ərazisindən 2,61 ha torpaq sahəsi ayrılıb.

Bundan əlavə Kompleksdə 18 standart, 2 VİP otaqlar olmaqla 40-50 nəfərlik Mehmanxana, Restoran,mətbəx, internet klub, konfrans zalı, sauna, massaj otaqları, həkim otaqları, məşqçilər üçün otaqlar və inzibati otaqlar yerləşəcək. Hər bir idman zalının üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları nəzərdə tutulub. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların Kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması nəzərdə tutulub.

Beyləqan Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən ərazidə 1250- nəfərlik tamaşaçı tribunası olan Futbol stadionu, süni örtüklü qaçış zolağı, mini-futbol meydançası inşa ediləcək.

Kompleksin enerji təchizatını təmin etmək üçün transfarmator yarımstansiyası, generator məntəqəsi, İstilik qazanxanası və nasosxana binası, içməli və yanğına qarşı ehtiyyat su anbarları inşa ediləcək.

Kompleksin müasir tələblərə cavab verən kondinsoner, havalandırma, isitmə, yanğın xəbərverici siqnalizasiya, rabitə, video müşahidə, səs və digər sistemlərlə, müasir idman avadanlıqları, mebel, ləvazimatlar və digər inventarlarla təchiz olunması, eləcədə müstəqil sahəxarici elektrik, qaz, su-kanalizasiya və rabitə kommunikasıya xətlərinin çəkilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər: Olimpiya   Kompleks  





Xəbər lenti