Bakıda Frankofoniya həftələri keçiriləcək - FOTOLAR

Bakıda Frankofoniya həftələri keçiriləcək - FOTOLAR
  28 Mart 2018    Oxunub:1319
Bakıda 1-14 aprel tarixlərində Frankofoniya həftələrinin yeni buraxılışı baş tutacaq.
AzVision.az xəbər verir ki, Azərbaycanda baş tutacaq Frankofoniya həftələrinin 2018-ci il buraxılışı üçün Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldova, Meksika, Rumıniya, İsveçrə səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tədbir proqramı hazırlayıblar.

Frankofoniya dünya üzrə 5 qitədə yaşayan 274 milyon kişi və qadını ümumi dil, fransız dili ətrafında bir araya gətirir. 1970-ci ildən etibarən Beynəlxalq Frankofoniya Təşkilatına (BFT) fransızdilli Dövlət və hökümətlər qoşulub. BFT hal-hazırda fransız dili və İnsan Hüquqları kimi mənəvi dəyərləri (insan hüquqlarına hörmət, kişi və qadın bərabərliyi, söz azadlığı və s.) özündə birləşdirən 84 dövlət və höküməti (58 üzv və 26 müşahidəçi ölkələrini) özündə birləşdirir.

Dünya üzrə hər il mart və aprel ayları ərəfəsində ifadələrə həsr olunan müsabiqələr, tamaşalar, kinofestivallar, ədəbi görüşlər, gastronomik görüşlər və sərgilər vasitəsilə Beynəlxalq Frankofoniya Günləri qeyd olunur.











Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Frankofoniya  





Xəbər lenti