Bacısını boğub öldürdü, 7 ildən sonra tutuldu - Dəhşətli cinayət
Məlumata görə, 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.
Məlumata görə, R. Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının yüngül həyat tərzi keçirdiyi və dəfələrlə xarici ölkələrə getdiyi bildirilir. Qohumları qadını qardaşlarından soruşanda onun Türkiyədə yaşadığı deyilib. Qardaşları dəfələrlə ona həyat tərzinə qarşı iradlar bildirsələr də, qadın deyilənlərə məhəl qoymayıb. Nəticədə 2011-ci ildə qardaşı A. Hüseynov onu boğaraq qətlə yetirib.
R. Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir. Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. (APA)
AzVision.az
Teqlər: