Baş prokuror ATƏT-in seçki missiyasının rəhbəri ilə görüşüb

Baş prokuror ATƏT-in seçki missiyasının rəhbəri ilə görüşüb
  29 Mart 2018    Oxunub:992
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov martın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, ölkəmizdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etmələri məqsədilə görülən işlərdən danışan baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirə salınmadan araşdırılmasının təmin edilməsi məqsədilə işçi qrupun yaradıldığını qeyd edib.

Korin Yonker səmimi görüşə görə minnətdarlığını ifadə edərək, seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun işçi qrupu ilə əməkdaşlığına önəm verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Zakir-Qaralov   ATƏT   Seçki  





Xəbər lenti