"Müxalifət şəhidlərimizin ruhuna hörmətsizlik edir" - Millət vəkili

"Müxalifət şəhidlərimizin ruhuna hörmətsizlik edir" - Millət vəkili
  30 Mart 2018    Oxunub:1395
Milli Şura və Müsavat partiyasının Azərbaycanlıların soyqırım gününə - martın 31-ə mitinq təyin etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə radikal müxalifətin bu addımı haqlı olaraq tənqid edilib, xeyli sayda insan 31 mart mitinqinə etirazını bildirib.
Millət vəkili, tarixçi Musa Qasımlı məsələ ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, martın 31-ə planlaşdırılan mitinq soyqırım qurbanlarının və şəhidlərimizin ruhuna hörmətsizlikdir.

“31 mart azərbaycanlıların soyqırımı günü mitinq keçirib seçki, hakimiyyət məsələsini müzakirə etməyi, siyasi xarakterli şüarlar səsləndirməyi soyqırımı qurbanlarının və Vətən uğrunda həyatlarını itirən şəhidlərimizin ruhuna hörmətsizlik hesab edirəm. Soyqırımı günü belə hərəkətlərin edilməsi milli adət-ənənələrimizə ziddir”, - deyə M.Qasımlı vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Musa-Qasımlı   Deputat   Mitinq  





Xəbər lenti