Sumqayıtda minaatan mərmi tapılıb

Sumqayıtda minaatan mərmi tapılıb
  30 Mart 2018    Oxunub:1216
Sumqayıtda zavodda minaatan mərmisi tapılıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, martın 30-da agentliyə Sumqayıt şəhəri ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Sumqayıt Texnologiyalar Parkının 3-cü Metaləritmə (STP-3) zavodunun ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış minaatan mərmisi aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

AzVision.az


Teqlər: ANAMA   Mina   Sumqayıt  





Xəbər lenti