MSK web-kameralardan istifadəni təsdiq edib

MSK web-kameralardan istifadəni təsdiq edib
  30 Mart 2018    Oxunub:1020
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda 2018-ci il aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçki məntəqələrində “web-kameralar”dan istifadə barədə məsələyə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda 2008-ci ildən seçki prosesinin izlənilməsi üçün web-kameralardan istifadə edilir: “Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində - 1000 məntəqədə web-kameralar quraşdırılıb. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir”.

N.Məmmədov qeyd edib ki, web-kameralardan istifadədə məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir: “Bu üsuldan istifadənin digər müsbət cəhəti odur ki, web-kameralardan əldə edilən görüntülərlə daxil olan şikayət və müraciətləri araşdırmaq mümkündür. Həmçinin bu görüntüləri məhkəmə baxışına təqdim etmək olar".

Daha sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da MSK web-kameralardan istifadəni təsdiq edib.

Elvin Abdulqədirov
AzVision.az








Teqlər: MSK   Seçki  





Xəbər lenti