Seçki bülletenlərinin çapı başa çatıb

Seçki bülletenlərinin çapı başa çatıb
  30 Mart 2018    Oxunub:1444
"Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapı başa çatıb"
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

O, deyib ki, seçki dairələrinə göndəriləcək bülletenlərin aktlaşdırılması və digər proseslər aprelin 2-nə qədər başa çatmalı və aprelin 2-dən seçki bülletenlərinin seçki dairələrinə göndərilməsi prosesi başlanılmalıdır: "İlk növbədə Naxçıvandakı seçki dairələrinə seçki bülletenləri göndərilməlidir".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK  





Xəbər lenti