General Rasim Əliyev: “Tezliklə işğal altında olan torpaqlarımız qaytarılacaq”
Müdafiə Nazirliyinin İdarə rəisi general-mayor Rasim Əliyev Azərbaycan əsgərinin torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıb. Azərbaycan Ordusunun gücü və qüdrətini xüsusi qeyd edən natiq tezliklə işğal altında olan torpaqlarımızın qaytarılacağına əminliyini bildirib. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər gün hamımız üçün böyük bir sınaq günləri oldu.
Həmin vaxt Ordumuzun əsgərləri doğma torpaqlarımızın hər qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd olunub ki, aprel döyüşlərində əldə edilən qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
Tədbirdə Müdafiə Nazirliyinin Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə hazırlanmış “Azərbaycan əsgəri” mahnısı və klipi ilk dəfə olaraq tamaşaçılara təqdim olundu. Sözləri Zahid Əzizə, musiqisi Elvin Orucova məxsus, əməkdar artist Ehtiram Hüseynov, İlkin Əhmədov və Tural Salmanov tərəfindən canlı ifa olunan “Azərbaycan əsgəri” mahnısı tədbir iştirakçılarının böyük coşqusuna səbəb oldu.
AzVision.az
Teqlər: