“Azərbaycan Ordusu qələbə qazanacaq” - General Rasim Əliyev

“Azərbaycan Ordusu qələbə qazanacaq” - General Rasim Əliyev
  31 Mart 2018    Oxunub:2067
31 Mart Azərbaycanlıların Soyqırımının 100 iliyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələrində silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbiri Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani açaraq 1918-ci ildə ermənilərin törətdiyi vəhşiliklərin, qırğınların mahiyyətindən danışıb.



Müdafiə Nazirliyinin İdarə rəisi general-mayor Rasim Əliyev ermənilər tərəfindən törədilən və 100 illiyini andığımız soyqırımın həmvətənlərimizə qarşı ayrı-ayrı dövrlərdə müxtəlif formalarda davam etdiyini, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə XX əsrin sonlarında da belə cinayətləri törətdiyini qeyd edərək əminliyini bildirib ki, bu soyqırımlara baxmayaraq güclü Azərbaycan dövləti, Azərbaycan Ordusu qələbə qazanacaqdır.



Millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, tarix elmləri doktoru Mehman Süleymanov soyqırımı tarixindən, 1918-ci il soyqırımlarının səbəblərindən, nəticələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sərəncamının hər yerdə böyük ehtiramla yerinə yetirilməsindən danışıblar.



Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin “Vətən yad edir” rekviyem-tamaşası nümayış etdirilib.

AzVision.az


Teqlər: Ordu   MN   Rasim-Əliyev  





Xəbər lenti