“Azərbaycan xalqı Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir və hər zaman Türkiyə xalqının yanındadır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir çıxışında deyib: “Terrorçulara qarşı keçirilən əməliyyatlar zamanı şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirəm. İnanıram ki, yeni razılaşma əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracaq. Türkiyə bizim üçün çox əhəmiyyətli ölkədir. NATO-nun ən güclü ordularından olan Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Eyni zamanda dilimiz, dinimiz, mədəniyyətimiz bir olan Türkiyənin hərbi biliklərindən istifadə edəcəyik”.
İlkin Nəcəfzadə
AzVision.az