Bakı polisi: Mitinqdə 1200 nəfər iştirak edib

Bakı polisi: Mitinqdə 1200 nəfər iştirak edib
  31 Mart 2018    Oxunub:1341
Bakı şəhər Baş Polis İdarəsi Milli Şura və Müsavatın Bakıda keçirdiyi birgə mitinqlə bağlı məlumat yayıb.
İdarədən AzVision.az-a daxil olan məlumatda bildirilib ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Məlumatda qeyd edilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

AzVision.az


Teqlər: Mitinq  





Xəbər lenti