Azərbaycandan göndərilən yardım Kemerovada paylanıldı - VİDEO
AzVision.az xəbər verir ki, Rusiya KİV-ləri Azərbaycanın yanğın qurbanlarına humanitar yardım etməsinə xüsusi diqqət ayırıb, bununla bağlı vesti.ru videomaterial hazırlayıb. Bildirilib ki, Azərbaycandan Kemerovaya 2 tona yaxın humanitar yardım göndərilib.
Xatırladaq ki, martın 25-də Kemerovada “Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 64 nəfər həyatını itirib. Ölənlərdən 41-i uşaqdır.
AzVision.az
Teqlər: Kemerova Yardım Heydər-Əliyev-Fondu