Aprel döyüşlərinin ildönümü qeyd olundu - FOTOLAR

Aprel döyüşlərinin ildönümü qeyd olundu - FOTOLAR
  02 Aprel 2018    Oxunub:7482
Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı aprel qələbəsinin iki ili tamam olur.
AzVision.az xəbər verir ki, “Aprel-2016:Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatı dəstəyi ilə aprel döyüşlərinə həsr olunan tədbir keçirilib.



“Aprel-2016:Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin həmsədri, aprel döyüşlərində şəhid olan komandir Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə tədbirlər çıxış edib. O, bildirib ki, Raquf Orucov vətən eşqi ilə yaşayırdı və vətən uğrunda şəhid oldu. Şəhid xanımının sözlərinə görə, ictimai birliyi yaratmaqda məqsəd həmin qəhrəmanların keçdiyi yolu gənc nəsilə təbliğ etməkdir: “Bu məqsədlə tədbirlər keçirəcəyik. Əsas məqsəd qəhrəman nəsil yetişdirməkdir”.



Daha sonra Aprel döyüşlərinə həsr olunmuş film nümayiş etdirilib. Ombudsman Elmira Süleymanova çıxışı zamanı bildirib ki, Azərbaycan torpağına göz dikmiş ermənilər hər zaman qırğınlar törədiblər. Ombudsman, həmçinin əlavə edib ki, aprel döyüşləri illərlə gözlədiyimiz qələbə müjdəsidir.



Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev vurğulayıb ki, aprel tarixi gündür.

Sədr müavini qeyd edib ki, aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycanın güclü ordusu var: "Aprel döyüşləri həm ermənilərə, həm də beynəlxalq aləmə göstərdi ki, Azərbaycan gəncləri hər zaman Qarabağ uğrunda döyüşə hazırdır. Ali Baş Komandanın rəhbərliyi ilə işğalda olan torpaqlarımızı tezliklə azad edəcəyik".









Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər: ASAN-Xidmət   Aprel-Döyüşləri  





Xəbər lenti