Milli Məclisdə sabah 25 məsələyə baxılacaq

Milli Məclisdə sabah 25 məsələyə baxılacaq
  02 Aprel 2018    Oxunub:1345
Aprelin 3-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişlərin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələri müzakirə olunacaq. Həmçinin “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Bundan başqa, deputatlar Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də, “Hidrometeorologiya fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatlar haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Yerin təki haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Tibbi sığorta haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda, Mülki, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxacaqlar.

AzVision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti