Bahar Muradovanın səhhəti pisləşib? - Vitse-spiker "Facebook"da yazdı

  03 Aprel 2018    Oxunub : 2395
Bahar Muradovanın səhhəti pisləşib? - Vitse-spiker "Facebook"da yazdı
Milli Məclisin sədr müavini Bahar Muradova əməliyyat olunması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, B.Muradova özünün “Facebook” səhifəsində onun haqqında yayılan məlumatların düzgün olmadığını bildirib:

“Bəzi sensasiya axtaran saytlar haqqımda 1 aprel zarafatı etmək istəyiblər. Amma nəyə görəsə çaşıb aprelin 3-də yayıblar. Bax, buna zarafat yox “dodaqqaçdı” deyərlər”.



Qeyd edək ki, bəzi KİV-lərdə yayılan məlumatda B.Muradovanın səhhətinin pisləşdiyi, təcili əməliyyat olunduğu bildirilirdi.

AzVision.az

Teqlər: Bahar-Muradova   Milli-Məclis