Prezidentliyə namizədlərlə bağlı maliyyə hesabatları

Prezidentliyə namizədlərlə bağlı maliyyə hesabatları
  03 Aprel 2018    Oxunub:1340
Azərbaycanda prezidentliyə qeydə alınmış namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair maliyyə hesabatları açıqlanıb.
AzVision.az Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, prezidentliyə namizəd İlham Əliyevin ikinci ilkin maliyyə hesabatına əsasən, namizədin seçki gəlirləri ümumilikdə 100 000 manat olub.

Prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəliri 9900 manat, Araz Əlizadənin seçki fondunun gəliri 10000 manat, Qüdrət Həsənquliyevin seçki fondunun gəliri 25000 manat, Fərəc Quliyevin isə seçki fondunun gəliri 10060 manat olub.

Digər namizədlər - Hafiz Hacıyev, Razi Nurullayev və Sərdar Cəlaloğlunun (Məmmədovun) MSK-ya təqdim etdiyi sənədlərə əsasən, onların seçki fonduna vəsait daxil olmayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Maliyyə-hesabatı  





Xəbər lenti