"Onlar xalqın mənəviyyatından uzaqdırlar" - Oqtay Əsədov

"Onlar xalqın mənəviyyatından uzaqdırlar" - Oqtay Əsədov
  03 Aprel 2018    Oxunub:921
“Xaricdə yaşayan və Azərbaycana qarşı iş aparan bəziləri azərbaycanlı deyillər. Onlar Azərbaycan xalqına xas olan insan deyillər. Xalqımız mərddir, mənəviyyatı olan xalqdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

Spiker bildirib ki, belə adamlar xalqın mənəviyyatından uzaqdırlar: “Deputatlar bununla bağlı fikirlərini mətbuatda, televiziya vasitəsilə çatdıra bilərlər”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:





Xəbər lenti