Parlamentdə problemli kredit məsələsi qaldırıldı - Deputatdan təklif

Parlamentdə problemli kredit məsələsi qaldırıldı - Deputatdan təklif
  03 Aprel 2018    Oxunub:3258
“İnsanların daha çox qaldırdığı məsələ kreditlərlə bağlıdır. Bu məsələ ciddi araşdırılmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, insanların nə üçün kredit götürdüyü araşdırılmalıdır: “Bu məsələ araşdırılsın və burada hesabat verilsin ki, nə qədər insan maşın almaq üçün kredit götürüb? Nə qədər insan krediti fermer təsərrüfatı üçün götürüb? Bunlar araşdırılmalıdır. Biri özünə maşın almaq üçün götürübsə, gedib kreditini ödəsin. Bəziləri yas vermək üçün kredit götürüb. Bu insanlar nəzərə alınmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, problemlərin həlli ilə bağlı bir iş yoxdur. Qərar qəbul olundu ki, valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilsin. 9 minə yaxın insan bu sahədən evinə çörək aparırdı. Bu sahə kiminsə inhisarına çevrilib”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Kredit   Dollar  





Xəbər lenti