Tahir Kərimli parlamentdə müxalifəti ifşa etdi

Tahir Kərimli parlamentdə müxalifəti ifşa etdi
  03 Aprel 2018    Oxunub:1739
“Bugünkü radikal müxalifətə ona görə müxalif olmuşam ki, onlar məhz gizli və ya açıq şəkildə hazırki iqtidarın yanında olublar”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. O, bildirib ki, müxalifət hazırki hakimiyyətdən yetərincə xeyir görüb:

“Bir nəfər mənə göstərsin ki, o, iqtidarın xeyrini görməyib. Deputat mandatı alanı da olub. İqtidardan qovulandan sonra isə qəhrəman, radikal müxalifət olublar. Kim inanar sizə? Hansı partiya və onun sədri deyə bilər ki, Azərbaycanda sabitliyi təmin edə bilər. Heç biri cürət edib bəyan edə bilməz. Dursun desin ki, hakimiyyətə gələr və Azərbaycan Suriyanın halına düşməz. Buna heç kəs zəmanət verə bilməz. Onlar yalnız söyürlər, təhqir edirlər. Yaxşı dağıdaq, bəs əvəzində nə olsun? Ona görə biz bu mövqedə olanları pisləyirik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Tahir-Kərimli  





Xəbər lenti