Litvalı deputatlar Azərbaycandakı seçkiləri müşahidə edəcək

Litvalı deputatlar Azərbaycandakı seçkiləri müşahidə edəcək
  04 Aprel 2018    Oxunub:1689
Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Baltik Assambleyasının prezidenti Valeriyus Simulikin başçılığı ilə bu ölkənin nümayəndə heyəti aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a Azərbaycanın Litvadakı səfirliyindən məlumat veriblər.

Müşahidəçilər qrupuna Avropa Şurası Parlament Assambleyasında Litvadan olan deputatlar Auşra Papirtiyene, Gintaras Vayçekauskas, Egidiyus Vareykis, Litva Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Zenonas Vayqauskas, habelə Litva Seymi sədrinin xarici siyasət məsələləri üzrə müşaviri Kesturis Kudzmanas daxildirlər.

AzVision.az


Teqlər: Litva   Seçki   Müşahidəçi  





Xəbər lenti