Nazirlik ağac kəsənləri cərimələdi
Araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı, lakin söküntü işləri zamanı bir neçə ağac və kolların zədələndiyi və təbiətə 400 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı iş icraçısı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi barəsində qanunamüvafiq qaydada protokol tərtib edilib və Birlik hüquqi şəxs qismində 1000 manat məbləğində cərimə olunub.
AzVision.az