Zərif Bakıdan ABŞ və İsrailə səsləndi: "Regionda terror təhlükəsi var"

Zərif Bakıdan ABŞ və İsrailə səsləndi: "Regionda terror təhlükəsi var"
  05 Aprel 2018    Oxunub:1327
"Bu konfransı təşkil etdiyi və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirəm"
AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

Nazir çıxışında bildirib: "Biz İsrail tərəfindən Qəza zolağının dərhal blokadadan azad olunmasını tələb edirik. Fələstində qadın və uşaqların kütləvi şəkildə öldürülməsini qınayırıq. Fələstinlilərin hüquqlarının tam şəkildə bərpası və Fələstinin tam olaraq işğaldan azad olunması üçün beynəlxalq məhkəmənin qurulmasını istəyirik".

Zərif qeyd edib ki, İŞİD-in tamamilə məhv edilməsinə baxmayaraq, digər terror təşkilatlarının fəaliyyəti nəticəsində İraq və Suriyada sadə insanlar əziyyət çəkir: "Regionda terror təhlükəsi qalmaqdadır və bunun qarşısını almaq üçün əməkdaşlıq, qarşılıqlı hörmət, həmçinin digər ölkələrin hegomaniyadan imtina etməsi önəmlidir. ABŞ öz nüvə infrastrukturunun inkişafına 1.3 trilyon dollar sərf etmək niyyətindədir ki, bu da narahatedici faktdır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   XİN   Zərif  





Xəbər lenti