Türkiyə Afrindəki əməliyyatı Qarabağda keçirə bilərmi? - Çavuşoğludan cavab

Türkiyə Afrindəki əməliyyatı Qarabağda keçirə bilərmi? - Çavuşoğludan cavab
  05 Aprel 2018    Oxunub:4162
"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Biz bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də deyirik"

AzVision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu jurnalistlərin "Türkiyə Afrindəki antiterror əməliyyatını Qarabağda da keçirə bilərmi" sualını cavablandırıb. O, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib:

"Mən həmsədrlərə də demişəm ki, münaqişə sülh yolu ilə tez bir zamanda həll olunmalıdır. Biz hər zaman, hər bir şəraitdə qardaş Azərbaycanın yanındayıq. Tarix boyunca bizə ehtiyac olduğu təqdirdə qardaşlarımızn yanında olmuşuq, bu gün də yanındayıq, sabah da yanında olacağıq. Azərbaycan da hər zaman Türkiyənin yanındadır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti