Bakıda nazirlər Fələstinə görə toplandılar: "Vəziyyət daha da pisləşib"

Bakıda nazirlər Fələstinə görə toplandılar: "Vəziyyət daha da pisləşib"
  05 Aprel 2018    Oxunub:1651
Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilir. İclasda Azərbaycanın xarici işlə naziri Elmar Məmmədyarov, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və digər ölkələrin rəsmiləri iştirak edirlər.
AzVision.az-ın məlumatına görə, Fələstinin xarici işlər naziri Riyad Maliki çıxışı edərək bildirib ki, Tramp Administrasiyasının Qüdslə bağlı qərarından sonra Fələstində vəziyyət daha da pisləşib.

Nazir diqqətə çatdırıb ki, ötən həftənin cümə günü Qəzza zolağında insan hüquqlarının bərpası üçün keçirilən aksiyada 19 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Onun sözlərinə görə, İsrail ordusunun 200-ə yaxın snayperi insanları atəşə tutub.

"Sadə fələstinlilər sabah da cümə namazından sonra etiraz edəcəklər və bu hadisə yenidən təkrarlana bilər. Hazırda 2 milyona yaxın fələstinli mühasirədə olan, dünyanın ən böyük açıq hava həbsxanası Qəzzada yaşayır. İsrail qanunsuz olaraq Fələstin ərazilərində məskunlaşma siyasəti yürüdür. Hər gün İsrail ordusu Fələstinin şəhərləri, kəndləri və qaçqın düşərgələrində reydlər keçirir. Bu reydlər gecə yarısından başlayaraq günorta saatlarına qədər davam edir. Onlar hər gün sorğu-sual edilmək üçün 50-yə yaxın fələstinlini özləri ilə aparırlar. Hər gün səhər saat 7-dən 11-ə kimi Əl-Əqsa məscidində yəhudilər dini ayin keçirirlər və bu vaxt ərzində müsəlmanların müqəddəs məscidə girişi qadağan olunur. Bu isə gələcəkdə dinlərarası qarşıdırma ilə nəticələnə bilər. Prezident Mahmud Abbasın da dediyi kimi, biz Yaxın Şərq münaqişəsinin iki dövlət prinisipi əsasında həllinə inanırıq. 2019-2020-ci illərdə İsrail BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilmək üçün namizədliyini irəli sürüb. Biz İsrailin üzv seçilməsinin qarşısını almalıyıq", - deyə nazir qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fələstin   Nazir  





Xəbər lenti