Aprel döyüşlərinin ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

Aprel döyüşlərinin ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
  06 Aprel 2018    Oxunub:1591
5 aprel 2018-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin və Xətai rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, YAP Xətai rayon Təşkilatının sədri Hüseynbala Mirələmov şanlı qələbənin Azərbaycan ordusunun peşəkarlıq və vətənpərvərlik ruhunu nümayiş etdirdiyini bildirib.



Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva çıxışında aprel döyüşlərində ordumuzun qəhrəmanlığını, fədakarlığını və qələbə əzmini qeyd edib.



Digər qonaqlar da bu tarixi hadisənin əhəmiyyətini və gələcək nəsillər üçün örnək hadisə olduğunu bildiriblər. Tədbir sonda müzakirələrlə davam etdirilib.









AzVision.az


Teqlər: ASAN-Xidmət   Aprel-döyüşləri  





Xəbər lenti