Suriyalı diplomat terrorçuların Qarabağa köçürülməsindən danışıb

Suriyalı diplomat terrorçuların Qarabağa köçürülməsindən danışıb
  06 Aprel 2018    Oxunub:2085
Suriyanın BMT-dəki daimi nümayəndəsi Cəfər əl Bəşəri Türkiyənin Afrində keçirdiyi əməliyyatlar nəticəsində terrorçuların Ermənistan tərəfindən işğal edilmiş Qarabağa köçürülməsi barədə sualı cavablandıırıb.
Cəfər əl Bəşəri AzVision.az-a açıqlamasında bildirib ki, onda bununla bağlı fakta əsaslanan məlumat yoxdur, lakin bu, beynəlxalq terror müharibəsinin bir hissəsidir. Diplomat hesab edir ki, terror yalnız Suriyaya deyil, bütün dünyaya qarşı yönəlib.

"Bu, yalnız Suriyaya qarşı deyil, bütün dünyaya qarşı bir addımdır. Terror qruplarını Suriyaya göndərən dövlətlərə əvvəldən deyirdik ki, terror təşkilatları bir gün geri dönəcək. Biz bu barədə lap əvvəldən xəbərdarlıq etmişdik. Xəbərdarlıq etdiyimiz şey hazırda gerçək olur. Terrorçuların harada olmasından asılı olmayaraq, biz terror qruplaşmaları ilə mübarizədə həmrəylik göstərməliyik. Çünki onların olduğu hər yerdə təhdid var".

Cəfər əl Bəşəri vurğulayıb ki, Suriya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təhlükəsizlik qətnamələrinə uyğun şəkildə həll edilməsini dəstəkləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: NAM   Suriya  





Xəbər lenti